Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

QMKİDK tərəfindən 19 «elektron imza» alınıb


«Bu günə qədər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) tərəfindən 19 ədəd «elektron imza» alınıb». Bu fikirləri "ICTnews" elektron xəbər xidmətinin əməkdaşı ilə söhbətində adıçəkilən komitənin Kompüter şöbəsinin aparıcı mütəxəssisi Mahir Dadaşov söyləyib.

QMKİDK tərəfindən 4 elektron xidmətin əhalinin istifadəsinə verildiyini önə çəkən M.Dadaşov komitənin artıq EHDİS-ə qoşulduğunu vurğulayıb: «Bu xidmətlərin ikisinin inzibati reqlamentləri hüquqi normativ aktların dövlət reyestrinə artıq daxil olunub. Qalan ikisinin də ora daxil olunması üçün hazırlıq işləri görülür.

Göstərdiyimiz elektron xidmətlərin biri informatik, üçü isə interaktivdir. Bunlar «Kommunal xidmətlərdən istifadə edən məcburi köçkünlərin müvafiq xidmət təşkilatları və icra hakimiyyəti orqanları tərəfindən təsdiq olunmuş siyahısının təqdim olunması», «Məcburi köçkünlər üzrə yemək xərcləri və kommunal xidmətlər barədə məlumat verilməsi», «Status sənədlərinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu» və «Əraziləri işğal olunmuş rayon icra hakimiyyətləri tərəfindən təsdiq olunan yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinəti alan məcburi köçkünlərin siyahısının təqdim olunması»dır. Biz planlaşdırırıq ki, maliyyə vəsaiti ayrılandan sonra lokal şəbəkəni quracağıq və elektron sənəd dövriyyəsini tam şəkildə istifadəyə verəcəyik».

M.Dadaşov onu da əlavə edib ki, QMKİDK ilə İnformasiya Texnologiyaları İnstitutu arasında müqavilə bağlanıb və müqaviləyə uyğun olaraq komitənin əməkdaşlarına elektron sənəd dövriyyəsi və digər məsələlərlə bağlı kurs keçirilib.

SEYMUR





01/10/12    Çap et