Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiya internet-piratlıq haqqında qanunu sərtləşdirib


Yeni milli qanunvericiliyə əsasən, internetdən pirat faylları yükləyən yaponiyalı internet-istifadəçilər iki il müddətinədək  azadlıqdan məhrum edilə və 2 milyon yenayadək (25700 dollar) cərimə ödəyə bilərlər. Bir qədər dəqiqləşdirsək, belə fəaliyyət Yaponiyada hələ 2010-cu ildə qadağan edilmişdi, lakin indiyədək Yaponiya qanunvericiliyində cərimə sanksiyaları dəqiq təyin edilməmişdi. O, səsyazma lobbisinin səyləri sayəsində hazırda Yaponiya parlamentində mövcuddur.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, rəsmi məlumata əsasən, hazırda Yaponiya yaradılan musiqi məzmununun həcminə görə yalnız ABŞ-dan geridədir.

Yaponiyanın “Recording Industry Association of Japan” assosiasiyasının verdiyi məlumata əsasən, hazırda Yaponiyada yüklənilən hər 10 musiqidən 9-u qanunsuzdur. Assosiasiyanın qiymətləndirməsinə görə, 2010-cu ildə Yaponiya istifadəçiləri 4,36 milyard musiqi yükləyiblər və onların yalnız 440 milyonu qanuni olub.



EMİL





01/10/12    Çap et