Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hər 10 istifadəçidən 6-sı bütün saytlarda eyni şifrələrdən istifadə edir


“CSID” şirkətinin istifadəçilər arasında apardığı sorğunun nəticəsinə əsasən məlum olub ki, onların 60 faizi müntəzəm olaraq eyni şifrə yığımından istifadə edir. Respondentlərin 54 faizi cəmisi 5 və ya daha az sayda şifrədən istifadə etdiyini bildirib, 44 faiz isə şifrələrini ildə 1 dəfə dəyişdirir. Sorğunun nəticəsinə əsasən, şifrələrə laqeyd münasibət 24 və daha az yaşa malik gənclər arasında yayılıb.

“ICTnews.az” elektron xəbər xidməti “osp.ru” saytına istinadən bildirir ki, şifrələrin əksəriyyəti 8-10 simvoldan ibarətdir. Respondentlərin 21 faizi hesablarının “sındırıldığını” etiraf edib.  Qeyd edək ki, sorğuda ABŞ-ın 1200 sakini iştirak edib.






EMİL





01/10/12    Çap et