Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hakerlər Ağ Evin kompüter şəbəkəsinə hücum ediblər
Ağ Evin kompüter şəbəkəsi bazar ertəsi kiberhücuma məruz qalıb. Bu barədə jurnalistlərə ABŞ prezidentinin mətbuat katibi Cey Karni məlumat verib.
“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, dövlət başçısının iqamətgahı daxilində qurulmuş şəbəkə bu cür təhdidlərlə mübarizə aparmaq üçün nəzərdə tutulmuş xüsusi sistemlərlə təchiz edilib. Cey Karni qeyd edib ki, hakerlər hər hansı məlumatı oğurlaya və silə bilməyiblər.
"Məxfi informasiyanın yerləşdiyi şəbəkə ilə adi şəbəkə arasında bölünmə mövcuddur. Hücum məhz adi şəbəkəyə edilib” - Ağ Ev nümayəndəsi bildirib. Onun sözlərinə görə, belə hücumlar nadir hallarda olur.
EMİL
02/10/12 Çap et