ABŞ-ın Boston şəhərində elektron səhiyyə üzrə beynəlxalq sərgi keçiriləcək
23-24 oktyabr 2012-ci il tarixlərində ABŞ-ın Boston şəhərində elektron səhiyyə üzrə beynəlxalq sərgi keçiriləcək. Sərgidə inkişaf etmiş elektron səhiyyə avadanlıqları və texnologiyaların nümayiş olunması nəzərdə tutulur. Azərbaycan şirkətləri sərgidə iştirak etməyə dəvət olunur.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib. AZPROMO-dan sahibkarların nəzərinə çatdırılıb ki, sərgidə iştirakla maraqlanan iş adamları tel: +442890737874; email: “
info@echalliance.com”; “
www.masslifesciences.com” əlaqə vasitələrindən istifadə edə bilərlər.
HƏQİQƏT