Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yığcam disklərin (CD) 30 yaşı tamam oldu
Yığcam disklər (CD) bu gün 30 yaşını qeyd edir. Məlumatların saxlanılması üçün nəzərdə tutulmuş yığcam disklər əslində 1979-cu “Philips” şirkəti tərəfindən təqdim edilmişdi, lakin ilk “CD” düz 30 il bundan əvvəl, 1982-ci il oktyabrın 1-də Yaponiya piştaxtalarında peyda oldu. İlk “CD” Billi Coelin “52nd Street” albomu idi.
“Sony” şirkəti daşıyıcı ilə yanaşı, eyni zamanda dünyada “CDP-101” adlı birinci “CD” oxudan istehsal etdi.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Sony” və “Philips” şirkətləri 1982-ci ilin avqustunda birgə keçirdikləri mətbuat konfransında “CD”-ni ticari musiqi formatı kimi təqdim etdilər.
Avropada birinci “CD”-lər Yaponiyada təqdim etmədən üç həftə sonra peyda oldu. “Philips” şirkətinin məlumatına görə, ötən 30 il ərzində dünyada təxminən 400 milyard “CD” satılıb.
Kompakt-disklərin populyarlaşmasında “Microsoft” və “Apple Computer” şirkətlərinin böyük rolu var. “Apple Computer”-in baş direktoru Con Skalli 1987-ci ildə yığcam disklərin fərdi kompüter dünyasında inqilab edəcəyini bildirmişdi. “CD” disklərdən istifadə edən birinci kütləvi multimedia kompüter/əyləncə mərkəzlərindən biri “Amiga CDTV” (Commodore Dynamic Total Vision) idi, bundan sonra “CD” disklər “Panasonic 3DO” və “Amiga CD32” oyun konsollarında istifadə edildi.
Yığcam diski “Optical Recording” şirkətində çalışmış amerikalı fizik Ceyms Rasselin ixtira etməsi barədə versiya da mövcuddur. O, artıq 1971-ci ildə məlumatların saxlanılması üçün nəzərdə tutulmuş ixtirasını nümayiş etdirmişdi. 8 ildən belə qurğu “Philips” və “Sony” şirkətləri tərəfindən ixtira edilmişdi.
EMİL
02/10/12 Çap et