Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın yerli xəzinədarlıq orqanları Mərkəzi Bankın kütləvi ödənişlər sisteminə qoşulur
Zaqatala rayonunun yerli xəzinədarlıq orqanı oktyabrın 8-dən Azərbaycan Mərkəzi Bankının Mərkəzləşdirilmiş İnformasiya Sistemi bazasında ödənişlərin avtomatlaşdırılmış sisteminə (APUS - Automated payment utility service) keçir. Bu barədə Azərbaycan Vergilər Nazirliyindən bildirilib.
Bu istiqamətdə işlər elektron ödəniş sisteminin inkişafı, avtomatik hesablamanın qurulması sferasının genişləndirilməsi, operativ məlumatların işlənməsi, dövlət büdcəsinə daxil olan vəsaitlərə nəzarət və onlardan effektiv istifadənin gücləndirilməsi məqsədi ilə aparılır.
Mərkəzi Bankın klirinq sistemi ilə inteqrasiya nəticəsində ödəmələr real zaman rejimi ilə həyata keçiriləcək.
Bu gün APUS sisteminə 58 struktur qoşulub. Onlardan 46-sı maliyyə təşkilatıdır ki, onlar ümumi sayı 1,7 mindən çox olan filiallarında göstərilən xidmətlər üzrə ödənişləri qəbul edə bilərlər.
Sistemə dörd milyondan çox abunəçi haqqında informasiya yüklənib və istifadəçilərin sayı 64 mindir. Hər ay sistem vasitəsilə orta hesabla 42 milyon manat məbləğində iki milyondan artıq ödəniş olunur. Statistikaya əsasən, sistemin işə salındığı andan 53 milyondan çox ödəmə sazişi həyata keçirilib.
02/10/12 Çap et