Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İnternet Explorer” brauzer bazarının 50 faizindən çoxuna nəzarət edir


“Net Applications” şirkətinin sentyabr ayı üzrə məlumatına əsasən, “Microsoft” korporasiyasının “İnternet Explorer” (İE) brauzerinin  bazar payı 53,63 faiz təşkil edib. Bu göstərici ötən ayla müqayisədə 0.03 faiz azdır.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Firefox” brauzerinin bazar payı 20 faizə bərabər olub. “Chrome” brauzeri üçüncü yerdə qərarlaşıb. Onun bazar payı 18.86 faiz təşkil edib. Ötən ay bu göstərici 19.13 faizə bərabər idi. “Safari” brauzerinin bazar payı artıq bir neçə ildir ki 5 faiz ətrafında tərəddüd edir. Sentyabrda bu brauzerin payı 5,26 faiz təşkil edib. “Opera” brauzeri 1.62 faiz nəticə ilə beşinci yerdə qərarlaşıb.

Smartfon və planşetlərə quraşdırılan mobil brauzerlər arasında lider “Safari”dir. O, mobil brauzer bazarının 55 faizinə nəzarət edir. “Android” platformasına quraşdırılmış mobil brauzer ikinci yerdə qərarlaşıb.
“Opera Mini” brauzerlərinin populyarlığı “Android” və “iOS” qurğulara artan tələbat fonunda azalır.

 
EMİL





02/10/12    Çap et