Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Dövlət Qulluqçularının Reyestri İnformasiya Sistemi”nin yenidən qurulması ilə bağlı tenderin qalibi məlum olub
Cari il, 22 may tarixində elan edilən "Dövlət Qulluqçularının Reyestri İnformasiya Sisteminin (DQRİS) yenidən qurulması, sənəd dövriyyəsi və elektron xidmətlərin yaradılması üzrə proqram təminatının satınalınması" açıq tenderinin qalibi müəyyən olunub.
"ICTnews" elektron xəbər xidmətinin Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Tender Komissiyasına istinadən verdiyi məlumata görə, tenderin 26 iyul 2012-ci il tarixli yekun protokoluna uyğun olaraq qalib "Globtel Solutions" Məhdud Məsuliyyətli Cəmiyyəti elan edilib.
CAHANGİR
02/10/12 Çap et