Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda poçt ticarətinin tətbiqi imkanları nəzərdən keçirilir
Azərbaycan dövlət poçt rabitəsi operatoru "Azərpoçt" MMC Azərbaycanda poçt ticarətinin tətbiqi imkanlarını nəzərdən keçirir. Bu barədə “ICTnews”-a müəssisədən verilən məlumatda bildirilir. Məlumatda qeyd edilir ki, poçtla ticarət universal ticarətin yeni formasıdır. Burada əsas məqsəd alınan malların haqqının poçt rabitəsi şöbələrində ödənilməsi imkanından ibarətdir.
Qeyd edək ki, məsafəli ticarət müasir poçt operatorlarının biznesinin inkişafında ən perspektivli istiqamətlərdən biridir. Ticarətin bu növünün perspektivliliyi internet şəbəkəsinin proqressiv inkişafı və istifadəçilərin kommersiyada informasiya texnologiyalarının tətbiqinə yüksək hazırlığından irəli gəlir.
Azərbaycanda poçt ticarəti xidmətinin tətbiqinin başlıca cəhəti idxal olunan malların gömrük sənədləşdirilməsi prosedurunun sadələşdirilməsi üzrə məsələlərin razılaşdırılmasıdır. Çünki xaricdəki ünvandan respublika ərazisindəki digər ünvana göndərilən beynəlxalq poçt bağlamaları idxal olunan mal kimi sənədləşdirmə prosedurundan keçməlidir.
RƏVAN
02/10/12 Çap et