Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnternetdəki saytların sayı artıb
“Netcraft” analitik şirkətinin dərc etdiyi məlumata əsasən, 2012-ci ilin oktyabrında internetdə 620 480 777 sayt fəaliyyət göstərib. Bu göstərici ötən ayla müqayisədə 350 min çoxdur. Buna baxmayaraq, “Microsoft IIS” veb-serverindən savayı, digərlərinin payı azalıb.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Microsoft IIS” veb-serverinin bazası 3,5 milyon (0,58 faiz) sayt artıb. Serverlər bazarında lider “Apache” veb-serverinin payı ötən ayla müqayisədə 0,49 faiz azalıb.
EMİL
03/10/12 Çap et