Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlərin terapiya üçün hazırladığı qurğu doktoru əvəz edəcək


San-Dieqo şəhərində yerləşən “West Health” institutunda çalışan alimlərin hazırladığı proqram vasitəsilə xəstələr effektiv fiziki reabilitasiya kursu keçə biləcəklər.

“ICTnews.az” elektron xəbər xidməti “it-news-world.ru” saytına istinadən bildirir ki, sistem “Microsoft Kinect” texnologiyasına əsaslanır və “Windows 7” əməliyyat sistemi quraşdırılmış fərdi  kompüterə qoşulma tələb edir.Yeni həllin əsas üstünlüyü odur ki, o, xəstə ilə daim əlaqədə olur. İstifadəçi tapşırıqları yerinə yetirmək üçün məsləhətlər alır.

Proqramın həmmüəllifi Spenser Xatçins bildirib ki, bu həll bir çox insanlara əməliyyatdan sonra effektiv bərpa olunmaqda yardımçı ola bilər: "Bərpa terapiyasının əsas problemi onda idi ki, onu ya az edirlər, ya da ümumiyyətlə yerinə yetirmirlər".




EMİL





03/10/12    Çap et