Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Amerikanın yaşlı əhalisinin 25 faizi planşetdən istifadə edir


“Pew Research Center” tədqiqat şirkəti Amerikanın yığcam qurğular (smartfon və planşet) bazarı ilə bağlı məlumat dərc edib.

“ICTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, qiymətləndirmələrə görə, ABŞ-ın həddi-büluğa çatmış sakinlərinin 22 faizi planşetdən istifadə edir. Bu göstərici ötən illə müqayisədə 2 dəfə çoxdur. “iPad” planşetinin müxtəlif modifikasiyalarının payı 52 faiz təşkil edir. “Android” platforması ilə işləyən qurğuların Amerika bazarında payı isə 48 faizə bərabərdir.

Planşet sahiblərinin təxminən 64 faizi bildirib ki, onlar öz qurğularından xəbərləri oxumaq üçün istifadə edirlər.Bundan başqa, amerikalıların 44 faizi müxtəlif proqram-aparat platformalarında işləyən smartfonlar istifadə edir.





EMİL





03/10/12    Çap et