Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Lenovo” şirkəti ABŞ-da zavod açacaq
Çinin “Lenovo” korporasiyası ABŞ-da birinci zavodunu açacaq. İstehsal obyekti Şimali Karolinadakı Uitsett şəhərində yerləşəcək və 2013-cü ildə açılacaq.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, zavod “Think” ticarət markası altında kompüter və noutbuk, həmçinin planşet və serverlər istehsal edəcək. İstehsal olunacaq məhsullar Amerika bazarı üçün nəzərdə tutulacaq.
“Lenovo” şirkəti son 2 il ərzində Çin, Braziliya yerləşən ortaq müəssisələrinə milyardlarla dollar dəyərində sərmayə yatırıb. Şirkətin ilin sonunadək kompüter texnikasının satış həcminə görə “Hewlett Packard” (HP) şirkətini ötəcəyi gözlənilir.“Lenovo”nun kapitallaşdırma dəyəri hazırda 30 milyard dollardan çox təşkil edir.
EMİL
03/10/12 Çap et