Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Milli Televiziya və Radio Şurası Kabel televiziyasının lisenziyasının uzadılmasından imtina edib


3 oktyabr 2012-ci il tarixdə Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, iclasda “Kanal S” MMC-nin, “Yevlax TV” MMC-nin regional televiziya yayımı üçün, “AzHiNet” MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə müraciətlərinə baxılıb. Milli Televiziya və Radio Şurasının qərarına əsasən, "Kanal S" MMC-nin və “Yevlax TV” MMC-nin regional televiziya yayımı üçün xüsusi razılıq (lisenziya) müddəti daha 6 il uzadılıb.

“AzHiNet” MMC tərəfindən kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılması barədə ərizə və qanunvericiliklə müəyyən edilmiş sənədlər “Televiziya və radio yayımı haqqında” Azərbycan Respublikası Qanununun 22.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə təqdim edilmədiyindən “AzHiNet” MMC-nin kabel şəbəkəsi yayımı üçün xüsusi razılıq (lisenziya) müddətinin uzadılmasından imtina edilib.



 
HƏQİQƏT





03/10/12    Çap et