Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Keçmiş sevgilinizi “Facebook”da dostluqdan çıxarın
İngiltərənin Brunel Universitetinin apardığı araşdırma “Facebook”da keçmiş sevgililəri ilə dost olanların psixoloji vəziyyətinin pozulduğunu ortaya çıxarıb.
“Dail Mail” qəzeti yazır ki, “Facebook”da təxminən 1 milyarda yaxın istifadəçinin yarısı keçmiş sevgililərinin indiki həyatını öyrənmək üçün onlarla dost olmaq istəyir ki, bu da əlavə vaxt itkisinə və psixoloji pozğunluğa səbəb olur.
Araşdırmada “Facebook”a ancaq dostlarıyla ünsiyyət qurmaq üçün daxil olanların da əvvəlki sevgililərini başqasıyla gördükdə çox pis hisslər keçirdiyi dəqiqləşib.
“Twitter” və “İnstagram” kimi onlayn saytların axtarılan insanı tapmağı asanlaşdırdığı qeyd olunan araşdırmada “Facebook”da kimin harada, kimlərlə, nə etdiyini yoxlamağın köhnə xatirələrdən ayrılmağı çətinləşdirdiyi müəyyən olunub.
Araşdırmanı aparan Dr. Tara Marşall köhnə sevgilisi ilə hələ də dost olanların, sevgililərini dostluq siyahısından çıxaranlara nisbətən daha çox stress yaşadıqlarını söyləyib.
04/10/12 Çap et