Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” “Kodak” şirkətinə qarşı patent iddiasını uduzub


“Apple” şirkəti rəsmən “Eastman Kodak” şirkətinə qarşı patent iddiasını uduzub. Dünən ABŞ Beynəlxalq Ticarət Komissiyası bildirib ki, daha “Apple”-ın “Kodak” şirkətinə qarşı patent bəyanatlarına baxılmayacaq. Xatırladaq ki, keçən il “Apple” “Kodak” şirkətini 6 031 964 nömrəli, rəqəmli kameralarda yaddaş çiplərinin istifadəsi patentinin pozulmasında ittiham edib. Sonra “Apple” iddia edib ki, “Kodak”, həmçinin rəqəmli təsvirlərin emalı ilə bağlı “RE38911” patentini pozub.


cybersecurity.ru




20/07/11    Çap et