Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Nokia” şirkəti “Lumia” smartfonları üçün qənaətcil brauzer istifadəyə verib
“Nokia” sirkəti “Lumia” seriyasının “Microsoft Windows Phone” əməliyyat sistemi ilə işləyən smartfonları üçün “Xpress” brauzerinin beta-versiyasını təqdim edib. Proqramda “Opera Mini” brauzerində olduğu kimi verilənlərin sıxılması funksiyası mövcuddur. Nəticədə yüklənən trafikin həcmini 85 faizədək azaltmaq mümkündür.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “Xpress” istifadəçiləri "ağır" məzmunu (videoçarx, foto, musiqi və ya sənəd) “SkyDrive” “bulud” anbarında saxlamaqla trafikə daha çox qənaət edə bilərlər. Brauzer, həmçinin RSS ilə işləyə və saytları "jurnal" stilində əks etdirə bilir.
İstifadəçilər səhifədə lazımi sözü seçməklə “Wikipedia”, ”Bing” və “YouTube” üzrə sürətli axtarış yerinə yetirə bilərlər. Bundan əlavə, “Xpress” brauzeri zərurət olduqda saytı 10 dilə avtomatik tərcümə edəcək.