Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yenə ölkəyə qeyri-leqal yolla keçirilməsinə cəhd olunan mobil telefonlar və aksesuarlar aşkarlanıb
Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Pərviz Həmidov gömrük nəzarətindən "yaşıl" kanalla keçərkən, hərəkətləri şübhə doğurduğuna görə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən saxlanılmış və ona məxsus baqaja "Rapiscan-628" markalı "X-Ray" aparatı vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı aparatın monitorunda mobil telefonlar və aksesuarların təsvirləri görünmüşdür.
"ICTnews" elektron xəbər xidmətinə bu barədə Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Komitədən bildirilib ki, bundan sonra çamadana müvafiq qanunvericiliyə uyğun olaraq təkrar gömrük baxışı keçirilmişdir.
Nəticədə, çamadanın içərisindən P.Həmidovun şifahi, yazılı və elektron formada bəyan etmədiyi - 8 ədəd "Samsung Galaxy SIII" markalı mobil telefon, 40 ədəd "BlackBerry 9700" markalı mobil telefon üçün gövdələr, 10 ədəd üzərində "TwinMOS Ultra-X SD 66 X 2 GB", 10 ədəd üzərində "SD HC Class 4 GB Apacer" və 10 ədəd üzərində "TwinMOS HC Class 8 GB" markalanma yazısı olan fotoaparatlar üçün yaddaş kartları və mobil telefon üçün 600 ədəd "Micro SD 2 GB" yaddaş kartı aşkar olunaraq protokol əsasında götürülmüşdür.
HƏQİQƏT
05/10/12 Çap et