Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

RİTN-in Məlumat Hesablama Mərkəzi elektron xidmətlərin “e-gov” portalına qoşulması və fəaliyyətinin tam təmini üçün yetərli infrastruktura malikdir


Nazirlər Kabinetinin təsdiqlədiyi "Elektron xidmət növlərinin Siyahısı"na uyğun olaraq, bu gün 44 dövlət qurumu tərəfindən 282 elektron xidmət göstərilməsi nəzərdə tutulmuşdur.

Qurumların rəsmi saytlarında ümumilikdə 395 elektron xidmət təqdim olunduğu halda, "Elektron hökumət"  portalına (e-gov) onlardan yalnız 152-si qoşulub. 243 elektron xidmət isə hələlik "e-gov"a daxil edilməyib. Sözügedən siyahıda yer almış bütün elektron xidmətlərin "e-gov"a inteqrasiya olunub tam gücü ilə fəaliyyət göstərməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) müvafiq texniki mühit yaradılıb və bunun üçün bütün lazımi infrastruktur, imkanlar var. Bu gün "Elektron hökumət" portalının fəaliyyəti yalnız təqdim edilən ümumi xidmətlərin konkret sayı ilə məhdudlaşmır.

Belə ki, "e-gov" mərkəzi icra hakimiyyəti orqanları, həmçinin yerli özünüidarəetmə orqanlarının və  informasiya sistemlərində fərdi məlumatlar formalaşdıran özəl sahələr tərəfindən müvafiq sahələr üzrə göstərilməsi nəzərdə tutulan elektron xidmətlərin sayından daha çox, hətta bir neçə min elektron xidmətin fəaliyyətinin təmin edilməsi üçün yetərli infrastruktura malikdir.

Qeyd edək ki, mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlərin təşkili hər bir xidmət üzrə hazırlanmış inzibati reqlamentə uyğun həyata keçirilir.





05/10/12    Çap et