Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Amerika jurnalına “Twitter”li ekran quraşdıracaqlar
2012-ci il oktyabrın 5-dən etibarən Amerikanın “Entertainment Weekly” jurnalının nömrəsinə quraşdırılacaq maye kristal ekran real vaxt rejimində “Twitter” yazılarını əks etdirəcək.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, jurnallarda ekranları öz reklam kampaniyası çərçivəsində Amerikanın “The CW” telekanalı yerləşdirəcək. Ekran üçün tvitlər kanalın mikrobloqundan götürüləcək.
Ekran “Entertainment Weekly” jurnalının səhifələrindən birində yerləşdiriləcək. Ekran jurnala quraşdırılmış və “Android” əməliyyat sistemi ilə işləyən qurğunun hissəsidir. Qurğu mobil şəbəkələrə qoşula bilir.
Ekran toxunuşlara reaksiya verə bilmir, buna görə jurnalın oxucuları mesaja cavab verə və ya "retvit" edə bilməzlər. “Entertainment Weekly” jurnalının “Twitter” nömrəsi məhdud tirajla çıxacaq.
EMİL
05/10/12 Çap et