Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung”un rüblük mənfəəti iki dəfə artıb


Koreyanın “Samsung Electronics” şirkəti bu gün rüblük hesabatını açıqlayıb. Hesabata əsasən, 1 il ərzində şirkətin əməliyyat mənfəəti 91 faiz artaraq 8,1 trilyon dollar von (7,3 milyard dollar) təşkil edib. Analitiklər bu göstəricini 7,58 trilyon von həcmində proqnozlaşdırmışdılar.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Galaxy S III” və “Galaxy Note” smartfonlarının uğurlu satışları sayəsində “Samsung” şirkətinin mobil seqmentdə mənfəəti 93 faiz artıb.

“Samsung”, həmçinin bildirib ki, hazırda şirkətin satışlarının 84 faizindən çoxu Cənubi Koreyadan kənarda yerləşən ölkələrin payına düşür. Şirkət buna görə Koreya yenasının kursundan güclü şəkildə asılıdır.

Telekommunikasiya biznesində əməliyyat mənfəəti 1 il ərzində təxminən iki dəfə artıb və 4,87 trilyon von təşkil edib, satışların həcmi 80 faiz artıb. Şirkətin rəsmi məlumatına əsasən, 100 gün ərzində 20 milyondan çox “Galaxy S III” smartfonu satılıb. “Galaxy Note II”-nin satış həcmi 10 milyona bərabər olub.
 
EMİL





05/10/12    Çap et