Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan növbəti dəfə Qızıl Səviyyəli Sertifikata layiq görülüb
Bu gün Qətərin Doha səhərində keçirilən Ümumdünya Poçt İttifaqının (ÜPİ) 25-ci Konqresində EMS Kooperativinin (Express Mail Service - poçt göndərişlərinin sürətli çatdırma xidməti) toplantısı baş tutub.
Toplantıda 2011-ci ilin nəticələrinə görə EMS xidmətləri üzrə Azərbaycan növbəti dəfə Qızıl Səviyyəli Sertifikata layiq görülüb. Sertifikat təntənəli səkildə ÜPİ-nin baş direktoru cənab Eduard Dayan tərəfindən Azərbaycan nümayəndəsinə təqdim edilib.Konqres iştirakçıları Azərbaycanı nail olduğu uğura görə təbrik ediblər.
RƏVAN
05/10/12 Çap et