Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Naxçıvanda 72 poçt şöbəsi tam kompüterləşdirilib
Naxçıvan Muxtar Respublikasındakı (MR) 72 poçt şöbəsi tam kompüterləşdirilib və onlar “COLVİR” sisteminə qoşulub. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Naxçıvan MR Rabitə və informasiya texnologiyaları nazirinin müavini Əli Mikayılov məlumat verib.
Onun sözlərinə görə, server quraşdırıldıqdan sonra həmin poçt şöbələrinin bank və maliyyə xidmətlərinin göstərilməsi üçün heç bir problem yoxdur.
Nazir müavini layihənin həyata keçirilməsi üçün bu məqsədlə "Azərpoçt" MMC-nin mütəxəssislərindən ibarət qrupun Naxçıvanda olduqlarını da söylədi. Ə Mikayılov daha sonra digər poçt şöbələrinin də sistemə qoşulacağını dedi.
Poçt şöbələri müvafiq lisenziyalarla təmin edildikdən sonra vətəndaşlara depozit qəbulu və kredit verilməsindən başqa bütün bank xidmətləri göstəriləcək. Eyni zamanda bu poçt şöbələrində valyutadəyişmə xidməti də tətbiq ediləcək.
RƏVAN
05/10/12 Çap et