Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Thomson Reuters” RİTN, AMEA birlikdə Azərbaycanın akademik və tədqiqat institutları üçün sınaq keçirəcək


Thomson Reuters" agentliyi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycanın akademik və tədqiqat institutları üçün sınaq keçirəcək. "Thomson Reuters"in məlumat bazasından istifadəni nəzərdə tutan sınaq cari ilin noyabr ayının 2-nə qədər davam edəcək. "ICTnews" elektron xəbər xidməti bildirir ki, bu barədə "Thomson Reuters" agentliyinin Mərkəzi və Şərqi Avropa ölkələri üzrə direktoru David Horki məlumat verib.

Dervent İnnovasiyalar İndeksindən (Derwent Innovations Index) də danışan David Horkinin sözlərinə görə, agentliyin "Bilik şəbəkəsi" Azərbaycanda aparılan araşdırmalara yardım edə bilər.

Şəbəkənin üstünlüklərindən söz açan Mərkəzi və Şərqi Avropa ölkələri üzrə direktor qeyd edib ki, hər il buraya 2 mindən yuxarı jurnalların məlumatları qəbul edilir: "Bütün qitələrdə 6500-dən çox müştəri bazamız var. Məlumat bazasından Türkiyə, ABŞ, Orta Asiya və digər ölkələrdə da geniş istifadə olunur. Azərbaycanı da bu sıralara dəvət etməyə çox şad olardıq. Əgər inkişaf dinamikasına nəzər salsaq, görərik ki, 1995-ci ildən Azərbaycanın elm sahəsində artma dinamikası qeydə alınmaqdadır.

Bu baxımdan, azərbaycanlı tədqiqatçılar "Bilik şəbəkəsi"nə qoşulmaqla, ən son yenilikləri, tədqiqatları izləyə biləcəklər". Şəbəkə məlumatlarına da toxunan "Thomson Reuters" rəsmisi bildirib ki, Azərbaycandan daha çox AMEA, BDU, sonrakı ardıcıllıqla Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti və Azərbaycan Tibb Universitetinin məlumatları nəşr olunur: "Son 20 ildə Azərbaycandan ən çox elmi məqalələr dəqiq elmlər, o cümlədən fizika, riyaziyyat, energetika sahəsi üzrə dərc olunub". 
 
HƏQİQƏT





05/10/12    Çap et