“iPhone” istifadəçiləri “Google+” sosial şəbəkəsindən pulsuz istifadə edəcək
“Apple” “iPhone” kommunikatorları vasitəsilə “Google+” sosial şəbəkəsi ilə əlaqə yaradılması üçün proqram çıxıb. Qeyd edək ki, hal-hazırda “Google+” xidməti test rejimində işləyir və qeydiyyat yalnız dəvət ilə mümkündür. Şəbəkə xüsusiyyətləri arasında vahid dost siyahısının yoxluğunu ayırmaq olar; onun yerinə ünsiyyət dairələri sistemi, videoçat reallaşdırılıb. Videoçatda eyni zamanda bir neçə insan ünsiyyət saxlaya bilər. “iPhone” üçün “Google+” müştəri proqramında videoçat dəstəyi yoxdur; onun əvəzinə smartfon sahibləri ünsiyyət üçün ani ismarıclardan istifadə edə bilərlər. “Google+” üçün “iPhone App” əlavəsi pulsuz yayılır. O, “iOS 4.0” versiyası və daha yuxarı əməliyyat sistemi ilə “iPhone 3G”, “iPhone 3GS” və “iPhone 4” kommunikatorlarına quraşdırıla bilər.
soft.compulenta.ru