Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Xalq kompyuteri” layihəsi kəndlərdə


Rabitə və İnformasiya Texnologiyaları və Təhsil nazirliklərinin birgə layihəsi olan “Xalq kompyuteri” layihəsi regionlarda geniş təbliğ olunur. Bunun nəticəsidir ki, layihəyə qoşulanların sayı durmadan artır. Layihəyə müəllimlərin ardınca şagirdlərin də cəlb olunması siyahını bir qədər də artırıb. Rayon Təhsil idarələrinin, Rayon Telekommunikasiya və poçt idarələrinin apardığı təbliğat sözügedən layihənin daha da genişləndirilməsinə təsir edib.
Layihənin tərəfdaşı “BestComp Group” şirkəti də işlərin gedişini yüksək dəyərləndirib və təbliğatın daha da genişləndirilməsini vacib sayıb.






01/06/11    Çap et