Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazik elastik ekrana malik saat yaradılıb


"Futaba" şirkəti "CEATEC" sərgisində saat şəklində daşınan kompüter nümunəsini təqdim edib. Qurğu elastik "OLED" ekranla təchiz edilib. Ekranın qalınlığı cəmisi 0,22 millimetr təşkil edir. Aparatı qolbaq kimi taxmaq olar.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by" saytına istinadən bildirir ki, rəngli ekranın təsvir ölçüsü 256×64 piksel təşkil edir. "Futaba" şirkəti qurğunun ticari istehsalının başlanacağı tarixi bildirməkdə çətinlik çəkir.

Bundan əlavə, hələlik "saat"ların enerji sərfiyyatı haqqında heç nə məlum deyil. Onlar, yəqin ki, çox enerji tələb edirlər, lakin nümunənin nazik konstruksiyası hələlik tutumlu akkumulyatorun yerləşdirilməsini nəzərdə tutmayıb.



 
EMİL





06/10/12    Çap et