Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2012-ci ildə internetə qoşulmuş qurğuların sayı 9,6 milyarda çatacaq


"IMS Research" tədqiqat şirkətinin proqnozuna əsasən, 2012-ci ilin sonunadək internetə qoşulmuş qurğuların sayı 9,6 milyarda çatacaq. Ekspertlər bu tip qurğulara internetə qoşula bilən və unikal İP ünvana malik istənilən cihazı aid edirlər.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru" saytına istinadən bildirir ki, mütəxəssislərin fikrincə, hazırda qlobal şəbəkəyə çıxış imkanına malik avadanlıq seqmentinin artım tempi sürətlənir. Bunu nəzərə alan "IMS Research" 2020-ci ilin sonunadək internetə qoşulmuş qurğuların sayının 28 milyardadək artacağını gözləyir.
 







EMİL





06/10/12    Çap et