Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Firefox” brauzerinin “Windows 8” əməliyyat sistemi üçün versiyası istifadəyə verilib
“Mozilla” “Firefox” brauzerinin sensor ekran üçün optimallaşdırılmış “Windows 8” əməliyyat sistemi (ƏS) üçün beta-versiyasını istifadəyə verib. Proqram, həmçinin klassik "stolüstü" rejimi dəstəkləyir. Onu saytın şirkətindən yükləmək olar.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, beta versiyada “Adobe Flash” multimedia plaqini (yekun quraşdırılmaya daxil ediləcəyi gözlənilir), panoramlaşdırma və miqyaslama yoxdur. Səhifələri yalnız sensor ekran və klaviatura vasitəsilə fırlatmaq mümkündür. “Firefox” brauzerinin metro interfeys üçün hazırlanmış versiyasında genişlənmələr deaktiv edilib.
EMİL
08/10/12 Çap et