Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gürcüstan mobil operatorları sərhəd bölgələrində bizim mobil operatorların işinə texniki maneələr yaratmır


“Gürcüstan mobil operatorları  sərhəd bölgələrində  bizim mobil operatorların işinə texniki maneələr  yaratmır”. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə məlumatı  Dövlət Radiotezliklər İdarəsinin baş mühəndisi  İlham Əfəndiyev verib.

Onun sözlərinə görə, Azərbaycanın mobil operatorlarının  nömrələri  adıçəkilən ölkələrin  sərhəd  bölgələrində  fəaliyyət göstərir. “Burada mobil operatorların  bir-birinə mane olmasından  söhbət gedə bilməz. Çünki biz vaxtaşırı sərhəd bölgələrində monitorinqlər aparırıq.

Monitorinqlərin nəticələrinə uyğun olaraq hər iki ölkənin mobil operatorlarının nümayəndələrinin  iştirakı ilə GSM kanallarının bölgüsü ilə bağlı protokol tərtib edilir. Bu protokola uyğun olaraq hərə öz fəaliyyətini tənzimləyir” - İ.Əfəndiyev bildirib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin  tənzimləmə şöbəsinin müdiri Əlyar Təmirov Gürcüstanın müvafiq qurumlarına və mobil operatorlara məsələ ilə əlaqədar müraciət ediləcəyini bildirib.


RƏVAN





08/10/12    Çap et