Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rabitə və informasiya texnologiyaları sahəsində təhsil alanlar üçün əmək yarmarkası
Oktyabrın 20-də Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"na uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə xaricdə təhsil almış gənclər üçün Bakı Biznes Mərkəzində əmək yarmarkası keçiriləcək.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə iqtisadiyyatın müxtəlif sahələrində (neft-qaz, enerji, sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə, informasiya texnologiyaları, bank-maliyyə, turizm və s.) fəaliyyət göstərən 50-yə yaxın nüfuzlu yerli və xarici şirkətlərin nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Yarmarkaya yerli və xarici şirkətlər tərəfindən vakant iş yerləri çıxarılacaq, bu sahədə müvafiq meyar və tələblər haqqında gənclərə ətraflı məlumat veriləcək. Maraq göstərən məzunların müraciətləri qəbul ediləcək.
RƏVAN
08/10/12 Çap et