Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

S.Müslümov: “Pensiya və müavinətlərin ödənişi avtomatlaşdırılıb”


“2006-cı ildən Azərbaycanda müasir tələblərə cavab verən sığorta-pensiya sisteminin fəaliyyəti təmin edilib. Bu gün həmin sistem sosial sığorta, fərdi uçot və pensiya təminatı sahəsindəki funksiyaların bir-birini tamamladığı vahid mexanizm kimi fəaliyyət göstərməkdədir. Yeni sistemin fəaliyyət dövrü ərzində DSMF-nin xərcləri 4,4 dəfə artaraq 2,5 milyard manata çatıb”.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov fondun yaradılmasının 20-ci ildönümü ilə bağlı Qafqaz Universitetində keçirilən elmi-praktik konfransda deyib.

Sədr bildirib ki, əvvəlki sistemlə pensiyaya çıxmış insanların da bu sistemlə əhatə olunması, onların pensiya hüquqlarının qorunmasında sosial ədalətin gözlənilməsi və heç bir məhdudiyyət qoyulmadan yeni şəraitə inteqrasiyası tamamlanıb: “Pensiya və müavinətlərin ödənişi avtomatlaşdırılıb. Bu gün pensiya ödənişi aparılan pensiyaçıların kənd yerlərində 99,0 faizinin, şəhərlərdə 100 faizinin, ümumilikdə isə 99,4 faizinin pensiyasının plastik kartlarla ödənilməsi təmin olunub.

Hazırda sığorta-pensiya sisteminin 2020-ci və 2040-cı illər üçün perspektiv inkişafı istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə aktuar tədqiqatların aparılması, həmin tədqiqatların nəticələrinə uyğun olaraq maliyyə dayanıqlığının təmin edilməsi üçün tədbirlərin işlənilməsi, pensiya təyinatının avtomatlaşdırılması, sığorta-pensiya sistemində yığım komponentinin tətbiqi,  qeyri-dövlət pensiya institutlarının inkişafı, sistemdaxili normaların sərtləşdirilməsi istiqamətlərində islahat tədbirlərinin həyata keçirilməsi üçün müvafiq addımlar atılmaqdadır”.

HƏQİQƏT





08/10/12    Çap et