Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hakerlər İran neftçilərinin rabitə sisteminə hücum ediblər
İranın neft və qaz sənayesi üçün nəzərdə tutulmuş kompüterlər haker hücumuna məruz qalıb. Bu barədə şirkətlərdən birinin nümayəndəsi Məhəmməd Rza Qolşani bildirib. Onun sözlərinə görə, kibercinayətkarların hədəfi rabitə sistemləri olub, lakin mütəxəssislər təhlükəni aradan qaldırıblar.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, Qolşaninin fikrincə, haker hücumu Qüdsü işğal etmiş rejim və bəzi digər ölkələr tərəfindən təşkil edilib. Hazırda platforma və Fars körfəzinin neft rayonlarında rabitə normal işləyir.
İran rəsmilərinin verdiyi məlumata əsasən, onların saytları daim haker hücumlarının hədəfinə çevrilir və İran İslam Respublikasına qarşı "kibermüharibə"də qərb ölkələrini ittiham edirlər. Mütəxəssislər hesab edirlər ki, son iki il ərzində şəbəkədə yayılmış bir sıra mürəkkəb viruslar məhz İranın neft sənayesinə qarşı istiqamətlənib.
İran kütləvi informasiya vasitələrinin (KİV) qiymətləndirməsinə görə, Stuxnet virusu 2010-cu ildə ölkə ərazisində 30 mindən çox kompüteri yoluxdurmuşdu. Həmçinin Duqu, Flame və Gauss kimi ziyanverici proqramlar məlumdur.
EMİL
09/10/12 Çap et