Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Bakutel-2012” sərgisinin platin sponsoru məlum oldu
Məlum olduğu kimi, 18-ci Azərbaycan Beynəlxalq "Telekommunikasiya və informasiya texnologiyaları" ("Bakutel-2012") sərgisi cari il, noyabr ayının 6-dan 9-dək Bakı şəhərində keçiriləcək.
"ICTnews" elektron xəbər xidməti "Iteca Caspian" şirkətinə istinadən xəbər verir ki, "Bakutel-2012" sərgisinin platin sponsoru xüsusi yarımşəffaf nişanlar vasitəsi ilə qorunan poliqrafiya sənayesinin liderlərindən biri olan "EDAPS" konsorsiumu seçilib.
"Beynəlxalq "Bakutel" sərgisinin tərəfdaşları arasında məşhur "EDAPS" konsorsiumunun da olması bizi sevindirir. Sərgidə bu cür fəal iştirak sayəsində "EDAPS" konsorsiumu Azərbaycan bazarına çıxmaq və öz həmkarları ilə ünsiyyət qurmaq üçün gözəl imkan əldə etmiş olacaq", - deyə "Iteca Caspian" şirkətinin direktoru Fərid Məmmədov qeyd edib.
"EDAPS" konsorsiumunun prezidenti İrina Obıdenko isə öz növbəsində bildirib ki, bizim "Bakutel" sərgisində iştirakımızın əsas məqsədi İT məhsullarını və xidmətlərini nümayiş etdirməkdir. "EDAPS" konsorsiumunun bu tədbirdə iştirakı Azərbaycanda xüsusi yarımşəffaf nişanlar vasitəsi ilə qorunan müasir poliqrafiya sənayesinin yaradılmasını təmin edən layihələrin inkişafı baxımından mükəmməl başlanğıc olacaq. Azərbaycanda öz nümayəndəliyini açmış konsorsium innovasiyalı texnologiyaların tətbiqi sayəsində dövlətin həyata keçirdiyi ən mühüm sosial və iqtisadi proqramların gələcək inkişafına imkan yaradacaq.
CAHANGİR
09/10/12 Çap et