Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Kino çəkənlər üçün inqilabi kəşf
“3M” şirkəti “Roku” ilə əməkdaşlıq çərçivəsində qeyri-adi yığcam qurğu yaradıb və onu “Streaming Projector” adlandırıb. Kinoya böyük ekranda (məsələn, divar) baxmaq üçün yalnız təxminən 10x10 sm ölçüsündə cihaz və internetə çıxışa lazım olacaq.
“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, proyektor 120 düymlü (304 santimetr) təsviri “WVGA” təsvir ölçüsündə istənilən yastı səthə proyeksiya etməyə ”qadirdir”. Bu, 42 düymlü yastı panel televizor ilə müqayisədə təxminən 3 dəfə çoxdur. Təsvirin parlaqlığı 60 lümen təşkil edir.
Proyektora dinamik, qulaqcıqlar üçün standart konnektor və avtonom iş vaxtı 2 saat təşkil edən batareya quraşdırılıb. Komplektə fləş-karta oxşayan “Roku” adapteri daxildir. Adapter “Wi-Fi” vasitəsilə axın videosunu translyasiya etməyə imkan verir. Proyektorun tədarükü ilə “Amazon” şirkəti məşğul olacaq. Qurğu cari ilin noyabrında bazara çıxarılacaq.
EMİL
09/10/12 Çap et