Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Elektrik kabel və naqilləri bazarında monitorinqlər davam edir


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Mustafayev küçəsi, ev 43, mənzil 3 ünvanında Rasim Musayevə məxsus mağazada aparılan yoxlama zamanı "Apex", "Kabloline", "Alkan Kablo", "Zafer Kablo" adlı elektrik kabel və naqillərinin mənşəyini təsdiq edən sənəd və uyğunluq sertifikatı olmadan satıldığı, habelə "Apex", "Kabloline", "Zafer Kablo" adlı elektrik kabel və naqillərinin etiketində istehsalçı müəssisənin göstərilmədiyi müəyyən edilmişdir. Aşkar edilmiş pozuntularla əlaqədar, 14,7 min metr saxta elektrik naqilləri satışdan çıxarılaraq məsul saxlanmaya götürülmüşdür. Araşdırmalar davam etdirilir.




21/07/11    Çap et