Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaxın vaxtlarda mobil elektron imzanın tətbiqinə başlanılacaq


“Yaxın vaxtlarda mobil elektron imzanın tətbiqinə başlanılacaq. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, jurnalistlərə açıqlama verən rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov bildirib ki, artıq bu istiqamətdə mobil operatorlarla danışıqlar aparılır. “Danışıqlarla yanaşı, müəyyən təkliflər hazırlanır.

Məlumat Hesablama Mərkəzində nəzərdə tutulan avadanlıqlar alınıb qurulacaq”.Nazir müavini mobil elektron imza ilə 400-ə yaxın xidmətlərdən bəhrələnməyin mümkün olacağını bildirib. O, bu işlərə ilin sonunadək başlanıla biləcəyini qeyd edib. 







RƏVAN





09/10/12    Çap et