Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Naxtel” şəbəkəsi üzrə aylıq abunə haqları azaldılır
Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən “Naxtel” şəbəkəsi üzrə mobil və stasionar tipli telefon xidmətlərinə görə aylıq abunə haqlarına endirim tətbiq olunacaq.
“ICTnews” elektron xəbər xidmətinin Naxçıvan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə istinadən verdiyi məlumata görə, noyabr ayının 1-dən etibarən CDMA texnologiyasına əsaslanan “Naxtel” şəbəkəsi üzrə mobil və stasionar tipli telefon xidmətlərinə görə aylıq abunə haqları 5 manatdan 3 manata endirilir.
Qeyd edək ki, “Naxtel” simsiz telefon xidməti üzrə şəbəkədaxili zənglər pulsuzdur, sabit telefonlara zənglərin dəqiqəsi 1 qəpik, xarici zənglər isə ən aşağı tariflərlə hesablanır.
CAHANGİR
09/10/12 Çap et