Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Skype” istifadəçilərə virus haqqında xəbərdarlıq edib
“Skype” internet telefoniya xidməti istifadəçilərinə kibercinayətkarların çat vasitəsilə göndərdikləri istinad üzrə keçməməyi tövsiyə edib, çünki istinad yoluxdurulmuş kompüteri botnetin bir hissəsinə çevirən virus yayır.
“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, “Skype”-da "lol is this your profile pic?" istinadına sıxmayın: biz bu barədə xəbərdarıq və problemin aradan qaldırılması üzərində çalışırıq” - şirkətin korporativ “Twitter” mikrobloqunda bildirilib.
İstifadəçilər artıq bir neçə gündür ki sosial şəbəkələrdə “Skype” çatı vasitəsilə göndərilən istinad haqqında bir-birlərini xəbərdar edirlər. İstinad üzrə keçdikdə “qurban”ın kompüterinə “Windows” ilə işləyən kompüterləri yoluxduran virus yüklənir. Bundan sonra "soxulcan" müvafiq istinadları istifadəçinin əlaqə siyahısındakı bütün şəxslərə göndərir.
“Sophos” antivirus şirkətinin məlumatına görə, virus məşhur “Dorkbot” “soxulcan”ının bir variantıdır.
“Skype” şirkətinin əsası 2003-cü ildə qoyulub. Xidmətdə qeydiyyatdan keçmiş istifadəçilərin sayı 500 milyonu ötür və onun aylıq auditoriyası 170 milyon istifadəçi təşkil edir.Qeyd edək ki, 2011-ci ildə “Microsoft” korporasiyası “Skype” xidmətini 8.5 milyard dollara satın alıb.
EMİL
10/10/12 Çap et