Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti “Galaxy Music” smartfonunu təqdim edib


“Samsung” şirkəti “Galaxy Music” musiqi smartfonunu rəsmi olaraq təqdim edib. İstehsalçı yeni smartfon "əla səs keyfiyyəti" və "çox gözəl musiqi oxuducusu" təklif etdiyini iddia edir. “Galaxy Music” smartfonunun “SIM” üçün bir və iki slotla olan versiyaları satışa çıxarılacaq.

Qurğu “Android 4.0” platforması ilə işləyir, 240×320 piksel təsvir ölçüsünə malik 3 düymlü ekran, 850 MHs takt tezliyində işləyən birnüvəli prosessor, 512 MB əməli yaddaş və 4 QB daxili yaddaş, “microSD” slotu, “Wi-Fi”, “GPS/QLONASS” və “Bluetooth 3.0” modulları ilə təchiz edilib.

“Samsung Galaxy Music”, həmçinin parıltısız 3 meqapikselli kamera, 2 ədəd stereodinamik, pleyerin işə salınması üçün ayrıca düymə, akselerometr, daxili FM antena, 1300 milliamper/saat tutumunda akkumulyator və hətta 9 lümen parlaqlığa malik “WVGA” pikoproektor ilə təchiz edilib.

Smartfonun ölçüsü 110×59×12,3 millimetr, çəkisi 107 qram təşkil edir. “Samsung” şirkəti “Galaxy Music” smartfonunun çıxarılma tarixini açıqlamayıb.


EMİL





10/10/12    Çap et