Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple”ın kompüterinə hərracda maraq gözləniləndən az olub


“Apple” şirkətinin birinci kompüterlərindən biri “Christie's” hərrac evinin təşkil etdiyi hərracda satılmayıb.
“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, hərrac evinin nümayəndələri lotdan ən azı 50 min funt (təxminən 80 min dollar) əldə etməyi planlaşdırırdılar. Lakin hərrac iştirakçılarının təklif etdiyi maksimal pul yalnız 32 min funt (təxminən 51,3 min dollar) təşkil edib.

Çərşənbə axşamı hərraca çıxarılmış “Apple-1” kompüterinə zəif  marağın olması bəlkə də bu nüsxənin işlək olmaması ilə bağlıdır. Bundan əvvəl kütləvi informasiya vasitələrində (KİV) yazılmış məlumatlara əsasən, kompüterdə bir sıra mühüm detallar yoxdur.

“Christie's” hərrac evində satışa çıxarılmış “Apple-1” kompüterinin sahibi “Apple” şirkətinin sabiq işçisi Co Kopsondur (Joe Copson). Məlumat üçün bildirək ki, bu nüsxə əvvəllər 170 min dollara “e-Bay” internet hərracına çıxarılmışdı, lakin o zaman da alıcı tapılmamışdı.

Qeyd edək ki, “Apple”-ın birinci məhsulu olan “Apple-1” kompüteri şirkətin həmtəsisçisi Stiv Voznyak tərəfindən hazırlanmışdı. O, qurğuları Stiv Cobsun valideynlərinin qarajında əllə yığırdı. “Apple-1” kompüterlərinin satışları 1976-cı ildə başlanıb və qiyməti 666,66 dollar təşkil edirdi. Kompüter korpus, “qida” bloku, klaviatura və monitora malik deyildi.

EMİL





10/10/12    Çap et