Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Onlayn pornoqrafiyadan əldə olunan gəlir xeyriyyəçiliyə xərclənəcək


"Come4.org" layihəsi onlayn pornoqrafiya vasitəsilə xeyriyyəçiliyə pul toplamaq üçün yaradılıb. İstifadəçilərə çarxlara baxmaq və onlardan əldə olunan gəlirin hansı xeyriyyə məqsədləri üçün sərf olunacağını seçmək təklif edilir.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən bildirir ki, əgər layihə işıq üzü görsə, bundan sonra internetdə pornoya baxış həm də ictimai faydalı məşğuliyyətə çevrilə bilər.  "Come4" hazırda saytın fəaliyyətə başlaması üçün pul toplayır.

"Biz dünyadakı insanların yemək, su, dərman və evsizlikdən əziyyət çəkdiyini bilirik. Həmçinin onlayn pornoqrafiyanın çox populyar olduğunu da bilirik. Biz buna görə "Come4" layihəsini yaratdıq" – layihənin təsisçiləri Marko Anoni və Rikardo Zili bəyan ediblər.

Saytın iş prinsipi aşağıdakı kimidir: istifadəçi qeydiyyatdan keçir  və bundan sonra video yükləyə və baxa bilər, həm də hər bir insan yerləşdirdiyi videodan əldə olunan gəlirin məhz hansı xeyriyyə məqsədlərinə sərf olunacağını seçə bilər. Bundan başqa, layihə yaradıcıları peşəkar porno tədarükçülərini cəlb etməyə ümid edirlər. Onlar saytda öz reklamını yerləşdirə biləcəklər və əldə olunan gəlirlər, həmçinin xeyriyyəçiliyə sərf olunacaq.


 
EMİL





10/10/12    Çap et