Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Cek Dorsi “Twitter”i birdəfəlik tərk edir


“Twitter”in həmtəsisçisi Cek Dorsi bildirib ki, o, mikrobloqlar xidmətində operativ idarəetmədən imtina edərək əsas diqqəti şəxsi “Square” mobil ödənişlər layihəsinə ayırıb. Dorsi bu barədə şəxsi bloqunda bildirib.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, 2006-cı ildə Cek Dorsi, Biz Stoun və Evan Uilyams “Twitter” mikrobloqlar xidmətini yaradıblar və 2010-cu ilədək onu idarə edirdilər. 2010-cu ildə Stoun və Uilms “Twitter”də operativ idarəetmədən imtina edərək şəxsi layihələrini inkişaf etdirməklə məşğul olmağa başladılar. Dorsi “Twitter”də qaldı, hərçənd 2010-cu ildə Dik Kostolo şirkətin baş direktoru təyin edildi.

"Twitter”də hazırda bütün proseslər əla qurulub və mən “Twitter”dən birdəfəlik gedirəm. Mən əsas diqqəti “Square” layihəsinə ayıracam" - o bildirib.




EMİL





10/10/12    Çap et