Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Pensiyaların köçürülməsi ilə bağlı pensiyaçıların şəxsi telefonlarına sms göndəriləcək


Pensiyaların köçürülməsi Beynəlxalq Bank tərəfindən reallaşdırılır və bundan sonra pensiyaçıların şəxsi telefonlarına bununla bağlı məlumat veriləcək. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov jurnalistlərə verdiyi açıqlamasında söyləyib.

O bildirib ki, bu cür məlumatlandırma sistemi pensiyaçılara daha rahat şəkildə işlərini qurmağa kömək edəcək. Belə ki, təqaüdçülər pensiyalarının ödənilib-ödənilmədiyini öyrənmək üçün daha bankomata getməyəcəklər: «Bu isə yaşlı insanların işini kifayət qədər asanlaşdıracaq».








SEYMUR





10/10/12    Çap et