Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Hesab.az”-da 500.000 ödəniş
«Hesab.az» onlayn ödəmələr portalında 500 mininci əməliyyatın müəllifi və «Lumia-710» smartfonu qazanan istifadəçi 26 yaşlı Kamilla Əliyeva oldu. Bazar günü portalda önəmli tranzaksiya keçirən və nəticədə hədiyyə alan bu xanım müştəri 2011-ci ilin iyun ayından “Hesab.az”-da qeydiyyatdan keçib.
«Hesab.az»-da artıq qeydiyyatdan keçən və şəxsi kabinet opsiyasından istifadə edənlərin sayı 25 minə yaxınlaşır.
Portalın xidmətlərindən yararlanan bu müştərilər, aparılan əməliyyatların sayını artıq 508,6 minə çatdırıblar. Bu, o deməkdir ki, elan olunan aksiya dövründə onlayn ödəmələrin sayı 51% çoxalıb, əməliyyatların həcmi isə bu zaman 1,55 dəfə artaraq 109,4 min AZN-ə bərabər olub. Nəticədə hər tranzaksiyanın payına düşən məbləğ də bir qədər artıb və hal-hazırda 8,70 AZN təşkil edir.
Xatırladaq ki, «GoldenPay» ödəmə texnologiyaları əsasında çalışan «Hesab.az» portalı hal-hazırda istənilən mobil operatorların, əksər internet-provayderlərin, kabel televiziya şəbəkələri, kommunal və digər şirkətlərin xidmətlərini istənilən banka məxsus plastik kartlar vasitəsi ilə ödəmək imkanı verir. Bu zaman qeydiyyatdan keçən istifadəçilər şəxsi kabinet açmaq, ödəniş tarixçələrini aparmaq və bonus kampaniyasında iştirak edərək müxtəlif növ hədiyyələr ala bilərlər.
Portalın tərəfdaşı olan şirkətlərin xidmətlərini həmçinin cib telefonlar vasitəsi ilə - “m.hesab.az” mobil resursdan da ödəmək olar.
RƏVAN
10/10/12 Çap et