Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Aztelekom” İB internet xidməti ilə bağlı yeni kampaniya elan edib
“Aztelekom” İstehsalat Birliyi regionlarda bütün yaşayış məntəqələrinin sakinlərini sərfəli qiymətlərlə “Aztelekom.net” internet provayderinin sürətli və keyfiyyətli genişzolaqlı internet xidmətindən istifadə etməyə dəvət edir. Belə ki, birlik yeni güzəştli kampaniyaya start verib.
“ICTnews” elektron xəbər xidmətinin İB-yə istinadən verdiyi məlumata görə, kampaniya çərçivəsində bütün “Aztelekom.net” istifadəçiləri 3 aylıq xidmət haqqını ödədikdə 4-cü ay internet xidmətindən pulsuz istifadə etmək imkanı qazanırlar.
Qeyd edək ki, gecə saatları (saat 00:00 – 08:00 arası) istifadə etdikləri paketdən asılı olmayaraq bütün abunəçilərə 10Mb/s sürət təqdim olunur.
CAHANGİR
10/10/12 Çap et