Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Avropanın internet reklam bazarının həcmi 20,9 milyard dollar təşkil edib
“Internet Advertising Bureau” (IAB) bu gün İstanbulda keçirilən “Webit Congress” tədbirində “Mediascope”-un Avropanın reklam bazarı ilə bağlı son hesabatından bəzi məlumatları açıqlayıb.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, 2011-ci ildə Avropanın internet reklam bazarının həcmi 20,9 milyard avro təşkil edib. Hesabatda qeyd edilib ki, 2010-2011-ci illər ərzində bazarın həcmi 14,5 faiz artıb. “IAB” qeyd edib ki, hazırda 426,9 milyon avropalı internetə çıxış imkanına malikdir. Bu göstərici Avropanın ümumi əhalisinin 65 faizi deməkdir.
EMİL
10/10/12 Çap et