Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyanın ən böyük fərdi kompüter istehsalçısı dəyişdi
Son 7 il ərzində dünyanın ən böyük fərdi kompüter (FK) istehsalçısı olmuş “Hewlett-Packard” (HP) şirkəti mövqeyini Çinin “Lenovo” şirkətinə uduzub və artıq ikincidir. Bu barədə “Gartner” tədqiqat şirkətinin son statistik məlumatında qeyd edilib. FK bazarı haqqında, həmçinin statistik məlumat dərc etmiş “IDC” şirkəti “HP”-ni əvvəlki kimi birinci yerdə yerləşdirib və qeyd edib ki, “HP” və “Lenovo” arasında fərq minimumadək azalıb.
Qeyd edək ki, “Lenovo” 2005-ci ildə “IBM” korporasiyasının FK istehsal edən bölməsini satın almaqla bu bazardakı mövqeyini gücləndirdi.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Gartner”in qiymətləndirməsinə əsasən, hazırda “Lenovo” şirkətinin FK bazarındakı payı 15,7-yə, “HP”-də isə 15.5 faizə bərabərdir. “IDC”-nin məlumatına görə, “HP” şirkəti hələ ki 15,9 faiz göstərici ilə liderdir, “Lenovo” cəmisi 0,2 faiz geri qalır. “Gartner”dən verilən məlumata əsasən, “Lenova” hesabat rübündə bazara 13,8 milyon, “HP” isə 13,55 milyon yeni fərdi kompüter tədarük edib.
EMİL
11/10/12 Çap et