Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qənaətcil dam
Biz evi yayda soyutmaq və qışda qızdırmaq kimi məsələyə xeyli miqdarda enerji sərf edirik. Yeni dam və çardaq konstruksiyası bu məsələdə yardımçı olacaq.
"ICTnews.az" elektron xəbər xidməti "popmech.ru" saytına istinadən bildirir ki, Uilyam Miller və onun həmkarları bildiriblər ki, kompüter modelləşdirməsinin məlumatına görə, pis izolyasiya, düşünülməmiş ventilyasiya və digər natamamlıqlar soyudulmuş (və ya mövsümə görə qızdırılmış) kondisiyalaşdırılmış havanın evin çardağına "qalxmasına" səbəb olur. Nəticədə hər bir ev sahibi kondisiyalaşdırma üçün ildə 100-300 dollar əbəs yerə itirir.
Əlbəttə ki, çardaq üçün izolyasiya sifariş etmək olar, lakin belə xidmət ən azı 8 min dollara başa gəlir. Miller və onun həmkarları tərəfindən təklif edilən konstruksiya daha qənaətcildir.
Müəlliflərin yaratdıqları sistem müasir həll və texnologiyaların kombinasiyasından ibarətdir. Birincisi, qızdırılmış hava axınını otaqlardan çardağa istiqamətləndirən passiv ventilyasiyadır. İkincisi (və ən əsası) xüsusi effektiv izolyasiya materialı polistiroldur. Nəhayət, konstruksiya günəş şüaları ilə artıq qızdırmadan düşünülmüş müdafiəni təmin edir.
Mühəndislərin hesablamalarına görə, belə sistem ənənəvi izolyasiya üsulları kimi o qədər səmərəli deyil. Lakin belə sistem dəfələrlə daha ucuzdur. Hazırda müəlliflər onun quraşdırılma qiymətinin azaldılması üzərində işləyirlər.
EMİL
11/10/12 Çap et